DİM Göyçay şəhərində elmi-metodiki seminarlar keçirəcək

0
541

DİM buraxılış imtahanları və ali təhsil müəssisələrinə yeni qəbul qaydaları ilə bağlı Göyçay şəhərində elmi-metodiki seminarlar keçirəcək.

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair Dövlət İmtahan Mərkəzinin Göyçay şəhərində keçirəcəyi seminarların proqramı:

28 fevral 2018-ci il

İclasın başlanma vaxtı: saat 12:00

İclasın.keçiriləcəyi ünvan:.Göyçay şəhəri, Heydər Əliyev Mərkəzi (Heydər Əliyev prospekti 98)

Plenar iclas

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının.və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri

Azərbaycan dili fənni üzrə seminar

Buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat

Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

Buraxılış imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında  məlumat

Saməddin İbrahimov – BDU nəzdində Türk liseyinin müəllimi

Riyaziyyat fənni üzrə seminar

Buraxılış imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat

Aydın Qasımov – Dövlət İmtahan Mərkəzinin sektor müdiri.

Xarici dil fənni üzrə.seminar

Buraxılış imtahanlarının  yeni modeli  haqqında məlumat

Şəhla.Musayeva – Bakı şəhəri,115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri

Çəmən Babaxanova – ADU-nun professoru, fransız dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri