Dünya Sosial İş Günü: Forum 2018

0

Dünya Sosial İş Günü (DSİG) 1983-cü ildə Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən yaradılmışdır, daha sonra digər beynəlxalq təşkilatlar, məsələn, Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyası tərəfdaş olmuşdur. DSİG bütün dünyadakı sosial işçilərlə peşənin fərdlərə, ailələrə, icmalara və daha geniş cəmiyyətlərə töhfələrini qeyd edən və təşviq edərək sosial iş təqvimində ən vacib bir yerə gəlmişdir. DSİG mart ayının hər 3-cü çərşənbə axşamı günü qeyd olunur. Hər il Beynəlxalq Sosial İşçilər Federasiyası DSİG-in mövzusunu və posterini hazırlayır və dünyada 45 dilə tərcümə olunur. Bu il üçün DSİG-in mövzusu “Ətraf mühiti qoruyaq və cəmiyyəti inkişaf etdirək” olaraq müəyyən edilmişdir.  

Dünya Sosial İş Günü hər il Azərbaycanda qeyd edilir. Azərbaycan Sosial İş İctimai Birliyi tərəfindən DSİG bu il də qeyd olunacaq. Dünya Sosial İş Günü Forumunda gənclər tərəfindən hazırlanmış təqdimatların gənclərin öz iştirakı ilə təqdim olunacaq. Təqdimat üçün mövzular aşağıdakılardır:

 

1.         Dayanıqlı inkişafın təşviq edilməsində gənclərin rolu

2.         Dini ekstermizm və cəmiyyət

3.         Miqrantların sosial və səhiyyə problemləri

4.         Palliativ yardım

5.         Gənclər və marginallaşmış azlıqlar

 

Təqdimat minimum 1, maksimum isə 3 nəfər tərəfindən təqdim oluna bilər.

 

Təqdimatları 10.03.2018-ci il tarixinə qədər [email protected] adresinə göndərə bilərsiniz.

 

Tədbirin tarixi: 15 mart 2018-ci il

 

Tədbirin vaxtı: 16:00 – 19:00

 

İştirak ÖDƏNİŞSİZDİR!!!

 

Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

 

QEYDİYYAT üçün LİNK

Əlaqə: (+99412) 596 05 58

           (+99451) 363 59 49

Əlavə məlumat üçün həmçinin [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin