Məleykə Abbaszadə Göyçay şəhərində vətəndaşları qəbul edəcək

0
446

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Göyçay şəhərində vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay şəhərində vətəndaşlarla görüş keçirəcəkdir.

Qəbulda Göyçay rayonunun sakinləri ilə yanaşı Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri,  H.Əliyev pr., 92) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə  (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar  Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.