Hüquqşünas tələbələr üçün Məqalə Müsabiqəsi

0

• AYNHA Hüquqi Müsabiqələr Klubu ilk tədbirini sizlərə açıq elan edir.

Əziz Hüquqşünas tələbələr, hər biriniz Akademik Məqalə Müsabiqəsinə dəvətlisiniz. Müsabiqə şərtləri çox sadədir.

İki mərhələdən ibarət olan tədbirə qatılmaq üçün ilk olaraq öz məqalələrinizi mart ayının 1-i saat 00:00-a dək [email protected] ünvanına göndərməyiniz və aşağıda görəcəyiniz qeydiyyat formunu doldurmağınız xahiş olunur. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini münsiflər heyətinə prezintasiya formasında təqdim edəcək.

Ən yaxşı üç məqalə uyğun olaraq I, II, III yerlərə sahib olaraq mükafatlandırılacaq. Mükafatlarımız I yer üçün 200 AZN, II yer üçün 100 AZN, III yer üçün isə 50 AZN təşkil edir. Təbii ki, bununla da bitmir, ilk üçlüyü qazanmış məqalələr AYNHA Hüquq Jurnalında yayımlanacaq, bütün iştirakçılar sertifikatla təltif ediləcək.

Müsabiqədə yalnız hüquqşünas tələbələr ( bakalavr, magistr) 1-3 nəfərlik komandalarla iştirak edə bilərlər.
Məqalə üçün tələb olunanlar:

1.Dil – Azərbaycan dilində göndərilə bilər.
2. 12 şriftdə (times new roman, arial) olmalıdır.
3. Ən az 5 səhifə ola.
4. İnternetdən istifadə olunan məlumatlarda mənbə bildirilməlidir.
5. Siyasi,dini mövzular məqalə mövzusu ola bilməz
6. Məqalə plagiyat olmamalıdır

Qiymətləndirmə meyarları:
1. Araşdırma
2. Məntiqlilik
3. Ardıcıllıq
4. Problemləri həll etmə üsulu
5. Aktuallıq

Qeydiyyat linki : LİNK