PAŞA Həyatda yeni Vakansiya: İnformasiya texnologiyaları departamenti, Məlumat bazası və dəstək şöbəsində Kiçik mütəxəssis 

0
497

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Məlumat bazası və dəstək şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Kiçik mütəxəssis

Son müraciət tarixi:  04 mart 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Microsoft Reporting Service-də hesabatların yaradılması;
2. Requlyar hesabatların avtomatlaşdırılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Ali təhsil – texniki ixtisaslar üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili arzu olunandır.
Dil bilikləri: Rus və ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilməlidir.
Kompüter bilikləri: C# və ya T-SQL proqramlaşdırma dillərindən birini bilməlidir. SQL(MSSQL) biliyi tələb olunur. Microsoft SSRS və DWH sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər  “SQL developer” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.