Amerikada Təqaüdlü, Professional İxtisasartırma Proqramına qeydiyyat başladı

0

Professional İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları, ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5 – 6 həftəlik uzun müddətli təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrınmək üçün qəyyum ailədə yaşayırlar. Proqram daxili gedış- gəliş səyahət və yaşayış xərcləri təqaüd tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:

  • 25-35 yaş arası, Azərbaycan vətəndaşı olmalı;
  • Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
  • İngilis dilini bilməli
  • 2 il və ya daha çox iş təcrübəsi olmalı;
  • Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
  • Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

SON MÜRACİƏT TARİXİ 30 MART, 2018 

QEYDIYYAT

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin