AZAL maraqlı müsabiqə elan edib: Qalibə istənilən ölkəyə 2 aviabilet hədiyyə!

0
348

Azərbaycan mülki aviasiyasının 80 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş yeni və çox maraqlı müsabiqə elan edirik! ?

Sizin rəssam və dizayner istedadınız var və siz həmişə təyyarə livreyasının müəllifi olmağı istəmisiniz?

Təyyarəni mülki aviasiyanın 80 illik loqotipi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi simvolikasını özündə əks etdirən livreyada rəngləyin və əsas mükafatı – AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə 2 aviabilet qazanın.

Sonda qalib olan livreyanın eskizi ilə “Boeing 787-8 Dreamliner” təyyarə maketlərinin xüsusi yubiley partiyası buraxılacaq. Əlbəttə ki, livreyanın müəllifi də eskizi ilə buraxılan təyyarə maketlərini hədiyyə olaraq qazanacaq.

Müsabiqədə iştirak etmək və öz işinizi göndərmək üçün bu link https://www.dropbox.com/s/rgoh…/Livery_branding_contest.zip… vasitəsilə “Adobe Photoshop” qrafik proqramı üçün “fayl-şablonu” yükləyin, onu öz istədiyiniz kimi, lakin yuxarıda da qeyd olunduğu kimi mülki aviasiyanın 80 illiyi loqotipi, AZAL-ın loqotipi (və ya AZERBAIJAN yazısı ilə) və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi simvolikasını əks etdirməklə rəngləyin.

Fayl hər bir təbəqənin rənglənməsi üçün rahat uyğunlaşdırılmışdır. JPEG (təsvirin ölçüsü maksimum 1 meqabayt) formatında saxlayın və emailin mövzusunda “Rəngləmə Müsabiqəsi” qeyd edərək 2018-ci il martın 14-dən gec olmayaraq [email protected] ünvanına göndərin. Şablonu çap edib sonra rəngləmək və skan edilmiş faylı (minimal ölçü 1500 piksel / 200 DPI) bizə göndərmək olar.

Ən çox “LOVE ️” (ƏLA) reaksiyası toplayan 10 iş müsabiqənin finalına buraxılacaq və qalib jüri tərəfindən səsvermə yolu ilə seçiləcək. Jüri heyətinə aviaşirkətimizin qrafik dizaynerləri, “Silk Way Technics” şirkətinin livreya adaptasiyası üzrə ekspertləri, həmçinin Azərbaycanın əməkdar artisti, bir sıra sərgilərin müəllifi Bahram Arif Bagirzadeh daxildir.

Müsabiqənin bütün finalçıları bizdən qiymətli hədiyyələr – AZAL Store-dan təyyarə maketləri və suvenir dəstləri əldə edəcək.

Müsabiqəni açıq elan edirik! Göstərilən link vasitəsilə faylı yükləyin və bizim “Dreamliner”i öz təxəyyülünüzə görə rəngləyin və dostlarınızı sizə səs verməyə dəvət edin!

Ətraflı iştirak şərtləri: https://www.facebook.com/notes/azerbaijan-airlines-azal/80-illiklə-bağlı-azal-ın-təyyarəsini-rənglə-adlı-müsabiqənin-keçirilmə-qaydaları/1679162548842656/

Hər kəsə uğurlar! ?

AZAL FACEBOOK SƏHİFƏSİ