“BusinessMən” – Sərgi

0
363

“BusinessMən” İSTƏK Beynəlxalq Məktəbində! Biznes sərgisində iştirak edin, şagirdlərin hazırladığı məhsullarla tanış olub, öz töhfənizi verin!

“BusinessMən” – İSTƏK Beynəlxalq Məktəbi şagirdlərinin IB kurikulumunun CAS (Creativity, Activity, Service) istiqaməti çərçivəsində həyata keçirdikləri layihədir. Layihənin məqsədi şagirdlər tərəfindən hazırlanmış məhsul, xidmətlərin ictimaiyyətə təqdim olunması və satışının həyata keçirilməsidir. Layihə “Promoting Productivity” şüarı altında həyata keçirilir.
Sərgidə şagirdlər tərəfindən hazırlanan məhsullar satışa çıxarılacaq, xidmət sahələri müəllimlərin, valideynlərin və digər qonaqların istifadəsinə veriləcək. Sərgidə qazanılan gəlirin 30%-i xeyriyyə məqsədilə istifadə olunacaq. Ən çox gəlir gətirən məhsulun sahibi mükafatlandırılacaq.
Sərgidə iştirak ödənişsizdir.
Tarix: 3 mart 2018-ci il, saat 10:00-15:00
Məkan: İSTƏK Beynəlxalq Məktəbi (Ünvan: Fətəlixan Xoyski küçəsi 109)