Genetikayla bağlı maarifləndirici təlimlər

0

Əziz gənclər!
Əgər sizi “Genetikada baş verən ən son yeniliklər nələrdir?”, “Dünya üzrə hazırda hansı genetik yeniliklər mövcuddur?”, “Genetikadakı müasir meyllər və kəşflər nələrdir?”, “Azərbaycanda bu sahə üzrə son illərdə əldə edilmiş hansı nailiyyətlər var?” kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək Genetika təlimlərinə dəvət edirik.

Layihə çərçivəsində iştirakçılar gənc alimlərin dəstəyi ilə müasir genetika elmi ilə yaxından tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar.
İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihə 04.03.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir.

Təlimin mövzusu və təlimçi haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq.
Layihədə ixtisasından asılı olmayaraq genetikaya marağı olan bütün gənclər və yuxari sinif şagirdləri iştirak edə bilər.
Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları genetika.telimleri.qeydiyy[email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər:
1. Ad, soyad, ata adını
2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını
3. İxtisasını (varsa)
4. Əlaqə nömrəsini (mobil)
5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə)

Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur.
Qeydiyyat üçün son tarix: 02 mart, saat 23:59-dur.

Təlimlərdə iştirak ödənişsizdir.

Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur.
Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin fəal iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır.

Layihə rəhbəri: Ayişə Sadıqova
Əlaqə üçün: [email protected]
Tərtibatçı-dizayner: Pakizə Paşayeva