İngilis dilini öyrənmək üçün “Təqaüd Proqramı”

0

Dostlar ətrafınızda aşağıdakı meyarlara uyğun gənclər varsa xahiş edirəm proqram haqqında onları məlumatlandırın 

2018-ci il üçün ilk “Təqaüd Proqramı”
Proqram nədən bəhs edir?
“Qrinviç” Təhsil Mərkəzi koorporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələrin tərəfdaşı, təşkilatçısı, sponsoru kimi çıxış edir. Təhsil sahəsində gənclərin müxtəlif bilik və bacarıqlarının artırılması üçün proqramlar icra edir. 2018-ci il ərzində qarşıya qoyduğu KSM siyasətinə dayanaraq “Təqaüd Proqramı”nın icrasını həyata keçirir.

Proqram müddətində:
➡️Müraciət edən şəxslər üçün ilkin ingilis dili bacarıqlarını yoxlama xarakterli test imtahanı keçiriləcək. Müvafiq keçid balı nəzərdə tutulur.
➡️Tələb olunan keçid balını toplayan və seçilən 20 nəfər 3 müxtəlif ingilis dili səviyyəsi üzrə 3 aylıq pulsuz kurslardan faydalanacaq.
➡️Dərslər həftədə 3 əsas, 2 köməkçi dərs olmaqla 5 dəfə keçiriləcək.
➡️Eyni zamanda həftədə bir dəfə “danışıq klubu”na cəlb olunacaqlar.

Proqrama kimlər qoşula bilər?
Əlil və şəhid övladları;
Uşaq evlərində böyüyən və məzun olan gənclər;
İnternat məktəblərində təhsil alan və yeni məzun olmuş gənclər;
Valideynlərindən birini itirmiş və eyni zamanda maddi vəziyyəti aşağı olan ailələrin övladları;

Proqrama necə qoşulmaq olar?
✔️Müraciət edən şəxs müvafiq sənədlərlə (şəhid övladı, internat məzunu olduğunu və s. sübüt edən sənəd) birlikdə mərkəzin ofisinə yaxınlaşmalı, xüsusi qeydiyyat vərəqini doldurmalı;
✔️Ətraflı məlumat əldə etdikdən sonra seçim mərhələsi üçün keçiriləcək imtahana “buraxılış vərəqi”ni əldə etməli;
✔️Müvafiq tarixdə imtaha qatılmalı və tələb olunan keçid balını toplamalı;
✔️İmtahan nəticələri bəlli olduqdan sonra, proqrama qatılmaq şansı əldə etdiyi halda, müvafiq dərs qruplarından birini seçməli;
✔️Mərkəz tərəfindən tərtib olunmuş xüsusi müqaviləni imzalamalı;

Qeydiyyat 19 fevral tarixindən etibarən başlayır.
Son müraciət tarixi 3 mart saat 13:00-dır

Ətraflı məlumat üçün:
 (+994 55) 342 43 94
? Bakı şəhəri, Natavan döngəsi 2/6 (Tarqovu)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin