“Sağlıklı Bir Yaşam Sürmək İçin” adlı veloyürüş keçiriləcək!

0
408

Dəyərli Velosiped Həvəskarları,

4 Mart saat 12:00-da, Türkiyə “YeşilAy“ Federasiyası, “Bisikletliler Derneği”, “Təbiət Dostları” Gənclər Təşkilatı və “Velotəlim Səhərlə” təşəbbüs qrupunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Velosiped İdman Klubunun dəstəyi ilə Türkiyənin “YeşilAy“ Federasiyasının yaranmasının 98-ci ildönümünə həsr edilmiş “Sağlıklı Bir Yaşam Sürmək İçin” adlı veloyürüş keçiriləcək.

Yürüşün əsas məqsədi sağlam həyat tərzini və velosipedi nəqliyyat vasitəsi kimi təbliğ etməkdir.
Sizi də bu veloyürüşün bir hissəsi olmağa, sağlam həyat tərzini təbliğ edərək bu hərəkata dəstək olmağa dəvət edirik!
“YeşilAy” Federasiyası və həyata keçirdiyi layihələr haqqında daha ətraflı aşağıdakı keçiddən məlumat ala bilərsiniz:
https://www.yesilay.org.tr/tr

Turun başlanğıc nöqtəsi: Azneft Meydanı

Yürüşdə iştirak etmək üçün aşağıda qeyd olunan keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://goo.gl/99RYQk

Qeydiyyat üçün son tarix: 02.03.2018

***İştirak üçün minimum yaş həddi 16-dır.
Turda iştirak etmək üçün dəbilqənin olması vacibdir.

Əlaqə
✆ 051 4916778 | Səhər Mehman
✆ 050 3207099 | Təbiət Dostu