Vakansiya: Satış / Proqram Məsləhətçisi

0
550

Vakansiya: Satış / Proqram Məsləhətçisi

İşin təsviri:
– Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
– Müştərilərlə ünsiyyət qurmaq və onları məlumatlandıraraq tədris proqramlarına cəlb etmək
6 günlük iş rejimi

Görmək istədiyimiz bilik və təcrübə:
– Universitetin İnformasiya Texnologiyaları, Kompyuter Elmləri və bu kimi fakültələrindən məzun
– Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
– Microsoft Office proqramlarında işləyə bilmək
– Peşəkar e-mail yaza bilmək
– Minimum 1 il satış və ya təqdimat etməkdə iş təcrübəsi

Axtardığımız qabiliyyətlər:
– Danışıqlar apara bilmək
– Problemlərin həllinə kreativ yanaşmaq
– Məsuliyyətlilik
– Gülərüzlülük

Vəd etdiklərimiz
– Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
– Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
– Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.

Maaş danışıqlar əsasında təyin olunacaqdır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected]
ünvanına öz resume-lərini göndərsinlər.