“Könüllülük: uğur formulu” kitabının sayca 3-cü imza günü: Kitab hədiyyə olunacaq!

0
428

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi gənclərin, tələbələrin və könüllülərin istəklərini nəzərə alaraq öz tərəfdaşları – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bir Könüllü Tələbə-Könüllü Proqramı, Bakı Şəhər Halqası Könüllüləri (Baku City Circuit Volunteers) və ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatı ilə birgə 3 mart 2018-ci il tarixində, saat 16:00-dan 18:00-dək tələbə-könüllülər üçün Bravo Supermarket Azerbaijan-da (20 yanvar metrostansiyası yaxınlığında) yerləşən LIBRAFF kitab mağazasında “Könüllülük: uğur formulu” kitabının sayca 3-cü imza gününü təşkil edəcək.

İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayevtərəfindən imzalanmış kitablar könüllülük hərəkatından məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.

“Könüllülük: uğur formulu” gənclərin şəxsi inkişaf kitabı Azerbaycan Turizm ve Menecment Universitetinin Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Kitab gənclərin və tələbələrin şəxsi inkişafında könüllülük fəaliyyətinin rolundan bəhs edir. Bu dəfə də 1-ci və 2-ci imza günündə iştirak edə bilməyən tələbə və könüllülərə “Könüllülük: uğur formulu” kitabının hədiyyə edilməsi nəzərdə tutulur.