“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi

0
605

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC – Azərbaycan  Dövlət  İnformasiya Agentliyi və Azpress – Video-foto İnformasiya Agentliyinin xəbər saytı və “Olaylar” İnformasiya Agentliyinin  informasiya dəstəyi ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi  “YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.

Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il mart ayının 3-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

  1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
  2. whatsapp: 00994 51 310 74 01
  3. instagram: xetaisenetmerkezi
  4. email: xsm.2016@mail.ru
  5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

 

Müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər.

Əsərlərdə uşaqların öz duyğu və düşüncələrini  görmək  istəyirik.

Seçim zamanı müəllifin   yaşı  nəzərə  alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea  əsas götürüləcək.

Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu edirik.

I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.

Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq .

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.