Data4Impact: Data nə üçün önəmlidir? – Seminar

0
448

Tədbir Data4İmpact görüşlərinin başlanğıcı olaraq, datanın (verilənlərin) sosial elmdə, siyasi qərarların verilməsində və vəkillikdə vacibliyi haqqında olacaq. Seminar data dəyər zəncirinin hər bir seqmentindən əlavə həm də datanın müsbət sosial dəyişiklik uğurlu istifadə olunduğu misalları və Azərbaycanda potensial istifadə imkanlarını təqdim edəcək.

Moderator: Anar Vəliyev, ADA Universiteti

Data4İmpact Silsiləsi: Data rəqamsal qızıldır. Bu tədbir silsiləsi məlumat təhlili, vizualizasiya və hekayə təqdimatını əhatə edəcək. Dövlət qurumları, QHT və özəl şirkətlərdəki məlumat üzrə professionalların biliklərini və ən son yeniliklərini bir araya gətirəcək. Həmçinin məlumat kommunikasiyası və məlumat əsasında hekayənin qurulması üzrə innovasiyalar; keyfiyyətli məlumatın tapılması; məlumatın yoxlanılması və təmizlənməsi; analiz olunması və əsas göstəricilərin və mühüm hekayələrin üzə çıxarılması; məlumatın vizualizasiya və xəritələşdirilməsi; nəticələrin strukturlaşdırıb və təqdim olunması üzrə ideya və biliklərlə dolu mühazirə və müzakirələrimiz olacaq.

7 mart, 19:00

Kaspian Plaza, 3-cü mərtəbə

Ödənişsizdir!