GƏNCƏDƏ “ATALAR VƏ QIZLAR” FESTİVALI KEÇİRİLƏCƏK!

0
398

Əziz gənc atalar və qızları,

8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Atalar və Qızlar” festivalı 11 mart 2018-ci il tarixində Gəncə şəhərində keçiriləcək. Sizi adı çəkilən festivalda iştirak etməyə dəvət edirik.

Festival müddətində müxtəlif şou, əyləncə proqramlar və hədiyyələr sizi gözləyir. Buyurun gəlin!

Ailənizlə yadda qalan və fərqli bir həftəsonu keçirmək, eləcədə övladınıza əyləncə dolu bir gün yaşatmaq istəyirsinizsə bizə qoşulun. Qız övladlarının dəyərinin təbliğ olunmasına dəstəyinizi nümaiş etdirin!

Gün ərzində fasiləsiz keçiriləcək müsabiqə və yarışlar Sizi gözləyir.

  • Pazl yarışı
  • Mim
  • Kloun və animator şousu
  • Sehirbaz şousu
  • “Face art” çəkilişi
  • Oriqami master klası
  • Rəsm yarışması
  • Saç hörmə yarışı
  • Kukla teatrının əməkdaşlarının çıxışları
  • “Səssiz film” oyunu
  • “Xəbəri uşaqdan al” oyunu

 

Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.

Festival 11 mart 2018-ci il tarixində Gəncə şəhəri, Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi​ndə hazırlanacaq festival ərazisində keçiriləcəkdir.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır.

Festival, Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi və Oğlan Uşaqlarına Verilən Üstünlüyünün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə Qlobal Proqramın çərçivəsində həyata keçirilir.

Əlaqələndirici şəxs: Pərvin Qasımov
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 30
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: Gəncə park-bulvar kompleksi. Azərbaycan bayrağı küçəsi