MirvariStore: Mart Bayram sərgisi

0
356

Mənim anam əvəzolunmazdır!
Sevdiyim qadın çox dəyərlidir!
Qızım sahib olduğum ən önəmli xəzinəmdir ! – deyən bəylər, bilirsiz ki, 8 mart gəlir?
Xoş gəlib, səfalar gətirsin  Fürsət tam da bu fürsətdir, dəyəri hiss etdirməyə. Halva deməklə ağızşirin olmadığı kimi, sevirəm deməklə də iş düzəlmir, bəylər. Bəzən xüsusi günlər lazımdır, xüsusi hədiyyələrlə sevindirməyə, həyatımızdakı xüsusiləri
Hazırda çoxlu suallarla başbaşa qalmısız,hə? Görəsən, nə alım? Nəyi sevəcək? Düzdür, qınamaq da olmur sizi :))
Xanımlar fərqliliyi, özəlliyi sevir. Bəlkə sizə azacıq köməkçi olaq? Əslində çox sadə həll yolu tapmışıq. Sizcə bir xanıma gözəl və sadəcə onun sahib olacağı xüsusi çanta ən yaxşı bayram hədiyyəsi sayılmaz? Təbii ki sayılar.
Düşündük, düşündük və qərara gəldik ki, özəl bayram sərgisiylə köməyinizə çataq.
Dəyərli xanımlar və bəylər, hər birinizi 6 martda (10:00- 11:00) keçiriləcək sərgimizə dəvət edirik. Sərgi Bakı Mühəndislik Universitetinin əsas binasında keçiriləcəkdir.