Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

0
303

Sumqayıt Texnologiyalar Parkı Satınalmalar şöbəsinin Kimyəvi materiallar üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların alınması ilə bağlı danışıqların keçirilməsində iştirak edir;
• Məhsulun alınması üçün təkliflərin hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil edir;
• Tədarükçülərlə qiymət danışıqları aparır;
• Sifarişlərin həyata keçirilməsinə və məhsulun vaxtında çatdırılmasına nəzarət edir;
• Sifariş olunmuş və əldə edilmiş məhsullarla bağlı sənədlərin qorunmasını və məlumatların bazaya daxil edilməsini təmin edir;
• Təchizata aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkilini təmin edir;
• Görülən işlərin hesabatını hazırlayır və təhlil edir.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş razılaşma əsasında;
• 5 günlük iş həftəsi;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]