Vakansiya: Import menecer

0

“Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə, ofis və bank avadanlıqlarının təchizatı ilə məşğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribütorudur.

“Halal-P” şirkəti Import meneceri vəzifəsinə elan verir.

Öhdəliklər
✔️Xarici partnyorlarla yazışmalar və şifahi görüşlər aparmaq;
✔️Ölkə xaricindən satın alınan malların yüklənməsi və ölkəyə zamanında çatdırılması üzərində nəzarətin həyata keçirilməsi;
✔️Işə müvafiq sənəd dövriyyəsinin düzgün aparılması;
✔️Beynəlxalq iqtisadi əlaqlərlə bağlı ödənişlərin və hesabatların aparılması

Minimum bilik, səriştə və keyfiyyətlər
✔️Ali təhsil;
✔️İngilis və rus dillərində ünsiyyət və yazışma bacarıqları;
✔️Işğuzar ünsiyyət etikası;
✔️MS Office computer bilikləri (xüsusən EXCEL və Word)

Üstünlük verilən meyarlar
✔️Microsoft Outlook proqramında işləmək bacarığı;
✔️Azərbaycan, ingilis və rus dillərində işgüzar yazışmaları aparmaq qabiliyyəti;
✔️Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
✔️Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “İmport meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.

Ərizələrin göndərilməsinin son tarixi 21 Mart 2018-ci il

“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin