Xanımların uğurlarından film çək və Avropaya səyahət qazan! – Layihə

0

Azərbaycan Avropa Hərəkatının, Avropa Komissiyasının Maliyyə Dəstəyi ilə həyata keçirdiyi “Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə üçün ana və qız uşaqlarının hekayələrinin paylaşılması” layihəsi çərçivəsində 15 uğurlu Azərbaycan xanımı haqqında filmlər çəkiləcək. Fimlərin çəkilişində könüllü gənclər iştirak edəcəklər.

ƏZİZ GƏNC! Əgər siz öz bacarığınıza inanırsınızsa, CV-inizi [email protected] elektron ünvanına göndərə bilərlərsiniz.
Müraciətçilər arasından 20 nəfər seçiləcək və həmin şəxslərə İsveçrəli ekspertlər tərəfindən 3 gün müddətində təlimlər keçiriləcək. Təlimi uğurla başa vuranlar Azərbaycanın regionlarında və paytaxtda 15 uğurlu xanım haqqında qısametrajlı filmlər çəkəcəklər.
Ən yaxşı çəkilişi edən şəxs mükafat olaraq Avropaya səyahət paketi qazanacaq.

CV-inizi göndərmək üçün son tarix: 10 mart 2018

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin