ATU Startup Kampı – Gəncə

0
438

Azərbaycan Texnologiya Universiteti – Startup Kampı

“Startup Bootcamp” nədir?

“Startup Bootcamp” təşəbbüskarlara, ixtiraçılara və elm adamlarına “Design Thinking” (dizayn yanaşması) və “Lean Startup” (yalın startap) kimi metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikalarını öyrədən bir günlük praktiki təlim proqramıdır. Bir günlük proqram ərzində iştirakçılar real biznes modelin qurulmasında yarana biləcək hər hansı maneəni müəyyənləşdirmək və aradan qaldırmaq üçün lazım olan bacarıqları əldə edəcəklər.

“Tez yıxıl, daha tez öyrən” şüarına əsaslanan proqramda iştirakçılarımız gələcək layihələrində tətbiq edə biləcəkləri alətlər və metodlar əldə edərək bir gün ərzində praktiki bacarıqlar qazanacaqlar.

İştirakçılar proqram təlimçisi və mentorların rəhbərliyi altında praktiki təlimlər keçərək “Startup Bootcamp” kampının sonunda qurduqları altı yeni innovativ biznes layihəsini startap ekosistemindən olan ekspertlərə təqdim edəcəklər. Qalib komanda mükafat olaraq Azerbaycan Texnologiya Universitetində inkubasiya xidməti alacaq (ofis, 3 nəfərlik iş masası, komputer, internet, PR və şəbəkə dəstəyi).

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

Müraciətlər hərkəsə açıqdır!

– Təşəbbüskarlar və Sahibkar olmaq istəyənlər
– Gənc Peşəkarlar
– Sosial İşçilər
– Məzunlar və Universitet Tələbələri

GÜNDƏLİK

GÜN – 1

8:30 – 9:00 – Qeydiyyat və tanışlıq
9:00 – 10:00 – Innovasiya & Sahibkarlıq, Startap ideyalarını necə tapmalı
10:00 – 10:15 – İnnovasiyada “Design Thinking” prosesi
10:15 – 10:45 – Komanda şəklində qruplaşdırılma
10:45 – 11:00 – Çay Fasiləsi
11:00 – 12:00 – “Design Thinking” mövzusunda workshop (praktik hissə)
12:00 – 12:30 – “Value Proposition Design”

12:30 – 13:30 – Nahar Fasiləsi

13:30 – 14:15 – “Value Proposition Design” mövzusunda workshop (praktik hissə)
14:15 – 14:45 – “WWH of the Business Model Generation”
14:45 – 15:00 – Çay Fasiləsi
15:00 – 16:30 – “Biznes Model Generation” mövzusunda workshop (praktik hissə)
16:30 – 17:00 – “Perfect Idea Pitch” qurulması
17:00 – 18:00 – “Perfect Idea Pitch” qurulması (praktik hissə)

18:00 – 19:15 – Tapşırıqlar və günün yekunu

GÜN – 2

9:00 – 10:45 – “Perfect Idea Pitch” qurulması (praktik hissə)
10:45 – 11:00 – Çay Fasiləsi
11:00 – 12:30 – “Perfect Idea Pitch” qurulması yekunu (praktik hissə)

12:30 – 13:30 – Nahar Fasiləsi

13:30 – 14:15 – Startupların təqdimatları (1-ci hissə)
14:15 – 14:30 – Çay Fasiləsi
14:30 – 16:15 – Startupların təqdimatları (2-ci hissə)

16:15 – 16:30 – Çay fasiləsi & Qiymətləndirmə

16:30 – 17:00 – Ən innovativ startapın və ən yaxşı təqdimatçının elan olunması. Ekspertlər tərəfindən yekun qeydlər
17:00 – 17:15 – Fotosessiya, Kampın sonu

İŞTİRAKÇILAR NƏLƏR ƏLDƏ EDƏCƏK:

– Öz startaplarını qurmaq üçün vacib alətlər və bacarıqlar qazanacaq;
– Qazandıqları bilikləri praktiki olaraq istifadə edərək eyni gündə ilk innovativ biznes layihəsi modelini quracaq;
– Ekspertlər və bu sahədə uğur qazanmış gənclərlə (changemakers) tanışlıq əldə edəcək;
– Bütün iştirakçılara “Innovation Practitioner” sertifikatı veriləcək;
– Qalib komandanın bütün üzvlərinə “Ən İnnovativ Startap” sertifikatı veriləcək;
– Ən yaxşı təqdimat edən komandanın bütün üzvlərinə “Ən Yaxşı Təqdimatçı” sertifikatı veriləcək;
– Tədbir ərzində istifadə olunan materialları bütün iştirakçılar əldə edəcək;
– “Social Innovation Lab” üzvlüyünə 50% endirim əldə edəcək.

Ən əsası, həyatınızda ən çılğın, ən məhsuldar və əyləncəli şənbə günü olacağına söz veririk!

NƏ VAXT VƏ HARADA?

“Starup Bootcamp” 10 – 11 Mart, 2018 tarixlərində, Azərbaycan Texnologiya Universitetində (Gəncə) təşkil olunacaq və 2 tam gün davam edəcək.

YEMƏK VƏ İÇKİLƏR?

Kamp proqramının hər iki gününə gündəlik yüngül nahar yeməyi və 3 çay fasiləsi daxildir.

“STARTUP BOOTCAMP”IN TƏŞKİLATÇISI KİMDİR?

Tədbir Azərbaycan Texnologiya Universiteti və “Social Innovation Lab” tərəfindən birgə təşkil olunur. Kampın əsas eksperti “Social Innovation Lab” – in təsisçisi Jasur Hasanov olacaqdır.

İŞTİRAK HAQQI NƏ QƏDƏRDİR?

Proqramda iştirak ödənişsizdir və proqrama yalnız 30 iştirakçı qəbul olunacaqdır! Odur ki, proqrama qeydiyyata tələsin!

NECƏ QEYDİYYATDAN KEÇMƏLİ?

Bu linkdən https://silab.typeform.com/to/FKidb7 qeydiyyatdan keçin və ya +99477 590 6095 nömrəsinə zəng edin.