“Qadınların dünyada rolu” – Sərgi

0
510

Azərbaycan  Rəssamlar  İttifaqı,  Azərbaycan Bəstəkarlar İttifaqı,   Azərbaycan Fotoqrafları Birliyi  və Xətai  Sənət  Mərkəzinin  dəstəyi ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyəti ilində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Qadınların dünyada rolu”adlı      sərgi -tədbir 7 mart 2018-ci il saat 17:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Tədbirdə  təsviri və tədbiqi sənətin bütün növləri  üzrə 150-dən çox rəssamın, 200-yə qədər işinin nümayişi nəzərdə tutulur.

Tədbirdə müxtəlif yaş qruplarında  rəssamlar və  dekorativ sənət ustaları iştirak edir.

Sərgi iştirakçıları diplomla təltif olunacaq.

Layihə rəhbəri: İsgəndərova Elnurə

Təşkilatçı: İsgəndərova Aygün