“Kaspi” Təhsil Şirkətinin İnsan Rusurslarında 2 Vakansiya! – SON GÜN

0
260

1) Vakansiya: İnsan resursları departamentinin rəhbəri

Minimum vakansiya tələbləri:

→​Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;

→​Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;

→​MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti;

→​Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;

→​Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;

→​İnnovativlik və yaradıcılıq bacarığı;

→​Vaxtın səmərəli idarə olunması bacarığı;

→​İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Vəzifə öhdəlikləri:

→​“Kaspi” təhsil şirkətinin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;

→​İnsan resurslarının planlaşdırılması və idarəedilməsi;

→​Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;

→​İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;

→​Müntəzəm olaraq “Kaspi” təhsil şirkətinin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;

→​“Kaspi” təhsil şirkətində bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;

→​Müntəzəm olaraq (3, 6 və ya 12 aydan bir) əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;

→​İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;

→​Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;

→​Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;

→​İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;

→​Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.

İş saatları: I-V günlər, 9:00-18:00

İş yeri: “Kaspi” təhsil şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57A, Kaspi Ağ Şəhər liseyi)

Elan tarixi: 07.02.2018

Son müraciət tarixi: 07.03.2018

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI


2) Vakansiya:  İnsan resursları üzrə mütəxəssis 

Minimum vakansiya tələbləri:

→İqtisadiyyat, Menecment, Biznesin təşkili sahəsində bakalavriatura dərəcəsi;

→İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir;

→Sahə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

→Əmək qanunvericiliyi ilə bağlı bilik və əmək məcəlləsi ilə işləmək qabiliyyəti;

→Azərbaycanda dilində səlis, ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti. Rus dili biliyi üstünlükdür;

→MS Word, MS Excel, MS Power Point proqramlarında sərbəst iş qabiliyyəti;

→Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;

→Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat qabiliyyəti;

→Vaxtın səmərəli idarə olunması bacarığı.

Vəzifə öhdəlikləri:

→“Kaspi” Təhsil Şirkətinin ştat cədvəlinin idarə edilməsi və tələb olunan bütün dəyişikliklərin vaxtında aparılması;

→İnsan resurslarının planlaşdırılması – əmək bazarının araşdırılması və təhlil olunması, şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması;

→Vakansiya üzrə iş elanlarının hazırlanması, mövcud elanların təkmilləşdirilməsi;

→İşə qəbul üzrə bütün mərhələlərin təşkil olunması və effektiv aparılmasının təmin olunması;

→Namizədlər üzrə məlumat bazasının idarə olunması;

→Yeni işçilərin adaptasiya prosesinin təşkili və həyata keçirilməsi, tələb olunduğu zaman oriyentasiya təqib formasının təkmilləşdirilməsi;

→Müvafiq vəzifəyə yeni təyin olunmuş işçilərin sınaq müddətinin izlənməsi, sınaq dövründə fəaliyyətinin dəyərləndirilməsi və sınaq dövründə fəaliyyətin dəyərləndirilmə formasının təkmilləşdirilməsi;

→İşçi heyətinin şirkətin Daxili İntizam Qaydalarına riayət etməsinə nəzarətin həyata keçirilməsi və qayda pozuntuları zamanı müvafiq tədbirlərin görülməsi.
İş saatları: I-V günlər, 9:00-18:00

İş yeri: “Kaspi” Təhsil Şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57 A, Kaspi Ağ Şəhər liseyi)

Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı və nahar

Elan tarixi: 07 Fevral 2018

Son müraciət tarixi: 07 Mart 2018

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI