Paşa Həyat-da 2 Vakansiya – Son Gün!

0

1) Struktur bölmə: Maliyyə departamenti / İnzibati işlər şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Baş mütəxəssis

Son müraciət tarixi:  09 fevral 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Şöbənin ümumi fəaliyyəti üçün təşkiledici və istiqamətverici funksiyaları yerinə yetirmək;
2. Şöbənin digər əməkdaşlarının (sürücü və xadimələrin) fəaliyyətinə nəzarət etmək;
3. Avtomobillərin texniki baxışdan keçməsinə, təmizliyinə, sığortalanmasına, təmirinə  və normal iş fəaliyyətinə nəzarət etmək;
4. Lazım olan struktur bölmələrə xidməti görüşlər üçün avtomobillərin ayrılmasını təmin etmək;
5. Şirkətə aid məhsulların inventarizasiyasında iştirak etmək;
6. Sistem və qurğuların işinə nəzarət etmək və bağlanmış müqavilələr əsasında servis xidmətini və təmir işlərini təşkil etmək;
7. Ofisin su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatına nəzarət etmək;
8. Ofisin təmizliyinə nəzarət etmək;
9. Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları hazırlamaq;
10. Şöbənin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tapşırılacaq digər öhdəlikləri yerinə yetirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, texniki işlərin planlaşdırılması və koordinasiyası, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər  “İnzibati işlər” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

==========================================

2) Struktur bölmə: Hüquqi təminat şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Mütəxəssis

Son müraciət tarixi: 09 mart 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək;
2. İdarəetmə orqanlarının qərarlarını, iclas protokollarını tərtib etmək;
3. Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarlarla bağlı təkliflər hazırlamaq;
4. Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını və onların tətbiq olunması prosedurunun izahını həyata keçirmək;
5. Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
6. Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar olan məktubları hazırlamaq və ya hazırlanması prosesinə hüquqi nəzarət etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Ali hüquq təhsili
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər  “Hüquqi təminat”  mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.