“Könül İnciləri” adlı fərdi sərgi!

0

Bakıda böyüyüb boya-başa çatmış gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi 24 mart 2018-ci il saat 17:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olmuşdur. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlamışdır. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri almışdır. Bakı şəhərində keçirilən bir sıra qrup sərgilərin iştirakçısı olmuşdur. Həmçinin, 2016-cı ildə Lider Tv-də yayımlanan “Zövq savaşı” televiziya layihəsində 2-ci yeri tutmuşdur.

Modelyer-rəssam hal-hazırda moda evində çalışır.

Sərgidə gənc rəssamın 30-a yaxın əsərinin nümayiş olunacağı nəzərdə tutulur.

Müxtəlif mövzulara toxunan gənc rəssam yağlı boya, qrafika, sulu boya və.s texnikaları ilə əsərlər yaratmışdır.

Giriş Sərbəstdir!