Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə bugün Əmək Yarmarkası keçiriləcək

0
612

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçiriləcək.

Martın 10-da universitetin Əhməd Rəcəbli 3 ünvanındakı yeni tədris binasında təşkil olunacaq sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edəcək.

Universitetdən verilən məlumata görə Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim edəcək və sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımdan əhəmiyyətli olacaq.

Saat – 10:00

Ümumilikdə yarmarkada 50-dən artıq şirkətin iştirak edəcəyi gözlənilir.