Socar-da, Oteldə və Konsaltinq şirkətində Vakansiyalar – Son Müraciət Tarixi BUGÜN!

0
  1. Socar-da Kadrlar üzrə aparıcı mütəxəssis
İdentifikasiya nömrəsi 16029
Vakansiyanın adı Kadrlar üzrə aparıcı mütəxəssis (İşə qəbul və yerləşdirmə şöbəsi)
Vakansiyanın elan tarixi 06.03.2018
Son müraciət tarixi 10.03.2018
Müəssisənin adı SOCAR
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 15
Vəzifə maaşının məbləği 1536AZN
Əlavə ödənişlər
İş yerinin ünvanı Nizami rayonu, Şirin Mirzəyev 26
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə – 3 ildən yuxarı;
Tələb olunan kompüter bilik səviyyəsi Word – yaxşı; Excell – yaxşı; MS Power Point – yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis – yaxşı; Rus dili – yaxşı;
Vakansiya tələbinə uyğun təlimlər •Sahə üzrə 3 ildən yuxarı və ya bir alt dərəcəli mütəxəssis vəzifəsində 2 il iş stajı tələb olunur.
Vəzifə(peşə) funksiyaları •Vakansiyanı elana hazırlamaq və elana vermək;
•Namizədlərin təqdim etdikləri məlumatı vakansiyanın tələblərinə uyğunluğunu yoxlamaq;
•Müsahibə/peşə sınaq imtahanları və iş yeri ilə tanışlıq prosesini təşkil etmək və sənədləşdirmək;
•İşə qəbul ilə bağlı müxtəlif yerləşdirmə proseslərini həyata keçirmək;
•İşə qəbul ilə bağlı müxtəlif yazılı və şifahi müraciətləri cavablandırmaq;
•Vakansiyaların idarə edilməsi proqramı və www.socar.az veb səhifəsinin işə qəbul bölməsi üzrə aidiyyəti üzrə dəstək vermək;
•Kadr ehtiyatı bazasını yaratmaq və idarə etmək;
•Əmək yarmarkalarında və karyera sərgilərində iştirak etmək;
•İşə qəbul və yerləşdirmə şöbəsində icra olunan digər işləri yerinə yetirmək.
Bilməlidir •İnsan resurslarının idarə edilməsinin müasir konsepsiyasını;
•Vakansiyaların təsviri və elan olunması üsullarını və platformaları;
•Namizədlərin vakansiyanın kvalifikasiya tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydalarını;
•İş elanlarının hazırlanması qaydalarını, effektiv təbliğat üsullarını və namizədlərin cəlb edilməsi metodlarını;
•Namizədlərin qiymətləndirilməsi üsullarını, onların vakansiyaya uyğun seçilməsini;
•Müsahibələrin və peşə sınaq imtahanlarının təşkili və aparılmasını;
•Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını;
•“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
•“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu;
Tələb olunan digər bilik və bacarıqlar
•Güclü təşkilatçılıq, yenilikçilik və ünsiyyət bacarığı;
•Komandada işləmək bacarığı;
•İşgüzar ünsiyyət bacarığı;
•Gərgin iş qrafiki ilə işləmə bacarığı;
•Peşəkarlıq.
Son müraciət tarixi 10.03.2018

 

Müraciət et

===========================================

2)

Boulevard Hotel Baku vakansiya elan edir.

Laundry attendant

Namizədlər vakansiyanın adını email-in mövzu hissəsində yazaraq CV-lərini [email protected]hotelgroup.com elektron ünvanına 10 Mart, 2018-ci il tarixinədək göndərə bilərlər.

Ətraflı məlumat

=====================

3) Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis/məsləhətçi tələb olunur

Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Biznes Consulting şöbəsində ECM (Enterprise Content Management) konsaltinq rolunda potensial namizədlər axtarılır:

Vəzifə öhdəlikləri:

-ECM və BPM biznes həlləri barəsində məsləhət xidmətləri göstərilməsi

-Müştərilərdə biznes proseslərin araşdırılması asanlaşdırılması

-Biznes tələblərə texniki dizayn verilməklə həll edilməsi

-ECM və BPM həllərinin dizaynının verilməsi, tətbiqinin həyata keçirilməsini və dəstək verilməsi

-Biznes tələblərə cavab verən həll dizaynlarını hazırlayıb inkişaf etdirilməsi

-Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması

-Records Management və Process Improvement həlləri üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, yüklənmısi, sənədləşdirilməsi və dəstək verilməsi

-ECM və BPM strategiyaları, siyasətləri, idarəetmə və arxitektura tövsiyələrinin yaradılması

-Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi

-Problemləri müəyyənləşdirin, izlənilməsi, həll edilməsi və qarşısının alınması

Tələblər:

-Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında Kargüzarlığın aparılmasına dair təlimat haqqında məlumatlı olması

-Yeni problemləri həll etmək üçün mövcud təcrübədən istifadə etməyi bacarmalı, sürətlə yeni bacarıqlar əldə etmək və bilmədiyi mövzuları araşdırıb öyrənməli

-Excel, Word, PowerPoint, Visio, Project və s. proqramlarla işləmə bacarığı

-ümumi İT biliklərinə yiyələnməli (Verilənlər bazası, Proqramlaşdırma, Server və s.)

Ətraflı məlumat və müraciət yeri