Elmdə şəbəkələşmə və təqaüd proqramları mövzusunda seminar!

0
353

14 mart 2018-ci il tarixində saat 11:00-da Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Muzeyin Konfrans zalında “Elmdə şəbəkələşmə və təqaüd proqramları” mövzusunda seminar keçiriləcək.

Tədbirdə AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev dinləyicilərə elmdə şəbəkələşmənin mahiyəti və gənc alimlərin beynəlxalq qrant və təqaüd proqramlarında tələb olunan sənədlərin tərtibi qaydaları haqqında ətraflı məlumat verəcək.