İSTƏK liseyi PROQRAMÇI axtarır – Vakansiya

0
1378

VƏZİFƏ: PROQRAMÇI

İSTƏK liseyi komandasını təkmilləşdirməyə davam edir. Komandamızın bir parçası olmaqla bilik və bacarıqlarınızı inkişaf etdirə, Azərbaycan təhsilinə öz təhfənizi verə bilərsiniz.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:

– Texniki ali təhsil (İT və ya proqramçı istiqaməti üzrə təhsil arzu olunandır)
– 2 ildən az olmayan İT istiqaməti üzrə iş təcrübəsi və ya uğurla reallaşmış layihənin mövcudluğu
– Layihələrin idarəolunması sahəsində təcrübə

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

– Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi;
– Mövcud proqram təminatlarının inkişaf etdirilməsi;
– Proqram təminatlarının test edilməsi;
– Müəssisənin virtual serverlərinin, domelərinin idarə olunması;
– Hesabatların yazılması;

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR:

– Gərgin iş şəraitində işləmə bacarığı;
– Çalışqan və məsuliyyətli olmaq;
– Dil bilikləri: Azərbaycan, ingilis və rus dili;
– Rus və ingilis dillərində texniki bilikləri (minimum texniki sənədləşməni oxuma bacarığı);
– Javascript, PHP və ya digər proqramlaşdırma dillərində biliklərin olması;
– J2EE, JSP, Servlet, XML, Web Services, Ajax, Hibernate, Struts Framework, Eclipse haqqında məlumatı olmaq;
– Web Servis və web servis client yaza bilmək;
– Verilən texniki tapşırığa uyğun proqramlaşdırma dillərində, MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarının işlənib hazırlanması;
– Şəbəkə protokoların və şəbəkə xidmətlərin əsas iş prinsipləri haqqında məlumatlı olması;
– Android application üzrə iş bacarıqlarının olması arzu olunandır;
– Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığının olması
– Windows və Linux Əməliyyat haqqında biliklər;

ƏLAVƏ MƏLUMAT:

– İş qrafiki: tam ştat (həftənin 6 günü, saat 09:00 – 18:00);
– Nahar lisey tərəfindən ödəniləcək.
– Son müraciət tarixi: 31.03.2018

Müraciətlər [email protected] elektron ünvanına “Proqramçı” başlığı ilə göndərilməlidir.