“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı: “Filosof qadınlar” seminarı

0

“Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı 2018-ci il üçün seminarlarına start verir!

Qadınların Tarixi Ayı kimi qeyd olunan mart ayında “Filosof qadınlar” haqqında danışacağıq.

Qadın öz dövrünün mənəviyyatının güzgüsüdür. Mütəfəkkir qadın isə həm də dövrünün düşüncəsinin inikasıdır. Müəyyən fəlsəfi ideyanın və ya nəzəriyyənin bütöv və kamil olması üçün, orada mütləq kişi və qadın təfəkkürləri bir-birini tamamlamalıdır. Deməli, fəlsəfə tarixinin səhifələrində kişi filosoflarla yanaşı, qadın filosofların öz yeri və rolu vardır. Əks halda həm düşüncədə, həm də mənəviyyatda böhran yaranar.

Proqramın aparıcısı AMEA-nın müxbir üzvü, Fəlsəfə elmləri doktoru Könul Bünyadzadədır.

Seminarlarda iştirak TAMAMİLƏ ÖDƏNİŞSİZDİR və öncədən qeydiyyat tələb olunmur.

? R. Behbudov küç.,134, Azərbaycan Dillər Universiteti / Bakı Amerika Mərkəzi
☎ (012) 441 36 80 / 441 22 79 (124)
? [email protected]

15 mart, 16:00

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin