“Azərenerji” və “Baynəlxalq Bank”da vakansiyalar – SON GÜN!

0
  1. İnsan resursları üzrə Mütəxəssis
    Şəhər: BakıTəhsil: Ali
    İş təcrübəsi: 1 (bir) il və artıq olanlara üstünlük verilir

    Son müraciət tarixi: 16 mart 2018

    İş barədə məlumat:

    İdarə aparatı üzrə kadr işinin təşkili və tabeçiliyində olan müəssislərlə koordinasiyanın təmini
    İş qrafiki: Bazar ertəsi – cümə (900-1800). Nahar fasiləsi (1300-1400)

    Namizədə tələblər və əsas funksiyalar:

    –         Əmək məcəlləsinin tələblərini bilmək
    –         Vakansiyaların təhlili, İşəqəbul proseduruna uyğun müsahibələrin təşkili
    –         Mövcud kadr bazasının aktuallığının təmini
    –         Kadr işi üzrə kargüzarlıq işləri
    –         İnformasiyanı təhlil etmək bacarığı
    –         Kollektivlə və işçi heyəti ilə işləmə bacarığı, təşkilatçılıq

    Kompüter bilikləri: Ofis paketləri və internet bələdçilərində işləmə bacarığı yüksək səviyyədə olmalıdır. Yeni proqram təminatlarına tez uyğunlaşmağı bacarmalıdır.

    Dil bilikləri: Azərbaycan dili – mükəmməl yazı və danışıq, rus dilində oxuyub başa düşməlidir. İngilis dilini peşəkar səviyyədə bilənlərə üstünlük verilir.

    Necə müraciət etməli:

    • İxtisaslı namizədlər öz tərcümeyi-hallarını [email protected] ünvanına göndərməli və ya http://ir.azerenerji.gov.az/Home/Details/14 linkinə müraciət edə bilərlər. CV – lərin ilkin emalı avtomatlaşdırılmış elektron vasitələrlə aparıldığından azərbaycan dilində tərtib olunması tövsiyyə olunur.

    • Mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” qeyd olunması zəruridir.

    Qeyd: Yalnız tələblərə uyğun nazamizədlərlə əlaqə yaradılacaqdır.

    ======================================

  2. Kreditləşmə istiqaməti üzrə mütəxəssis vakansiyası

    Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

    Vəzifə öhdəlikləri:

     

    • Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə ilə əlaqədar müştəriləri qəbul etmək;
    • İlkin mərhələdə tələb olunan sənədlər toplusunu müştəridən təhvil alaraq icra üçün yönləndirmək;
    • Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqamətində sənəd dövriyyəsinin hazırlanması, nizamlanması və tam paket formasında təqdim edilməsi.

    Vakant vəzifə üzrə tələblər:

     

    • Ali təhsil (iqtisadiyyat, riyaziyyat və s.);
    • Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə minimum 1 il iş təcrübəsi; 
    • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
    • Azərbaycan və rus dillərində səlist danışmaq/yazmaq bacarığı (ingilis dili biliyi üstünlükdür);

    Digər əsas keyfiyyətlər:

    • Analitik düşüncə, problemləri həll etmə bacarığı;
    • Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
    • Vaxtı idarəetmə və operativ şəkildə işləmək bacarığı;
    • Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq.

    Bu iş sizə nələri qazandıracaq:

    • Bankın müvafiq sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
    • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  16 mart  2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

    Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Kreditləşmə istiqaməti üzrə mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

    İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin