ATƏT Minsk Qrupu Simulyasiyası

0

BDU Hüquq Tələbələri TGT-nin dəstəyi ilə 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş ATƏT-in Minsk qrupunun simulyasiyasını təqdim edir.31 mart hər bir azərbaycanlının xatırlamalı və xatırlatmalı olduğu tarixi günlərdən biridir.Konfransın məqsədi gənclərin soyqırım və təcavüzkarlıq siyasətinin əsl mahiyyətini hərtərəfli araşdırmasına və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsində onlara dəstək olmaqdir.

Eyni zamanda bu layihə vasitəsilə gənclər Dağlıq Qarabağ probleminin dinc vasitələrlə hüquqi həll yolunu tapmağa çalışacaqlar.Bu konfrans gənclərin hüquqi araşdırma qabiliyyətini,analiz etmə bacarıqlarını inkişaf etdirəcək.Layihə çərçivəsində 13 ölkə təmsil olunacaq və layihə azərbaycan dilində keçiriləcək.31 mart-1 aprel tarixlərində baş tutacaq layihədə iştirakçılar öz sosial bacarıqlarını nümayiş etdirmə imkanı əldə edəcəklər.
Layihə 31 mart-1 aprel tarixlərində saat 10:00-dan 18:00-dək davam edəcək.

Son Qeydiyyat Tarixi : 21 mart.

Qeydiyyat üçün link : LINK

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin