Kreativ Menecer və Servis Mərkəzinin Müdiri Vakansiyaları

0
390

1)

Brandup komandasına “kreativ menecer” vəzifəsi üçün yeni bir şəxs əlavə etmək istəyirik.

Nə iş görəcək?
Əsas işi əlbəttə ki, ideya istehsal etməkdir. Durmadan, yorulmadan. Mövzular və həllər müxtəlif olacaq. Digital da ola bilər, offline da, avtomobil sektoru da ola bilər, qida sektoru da. Qısası, bu işdən bezmək mümkün deyil ?

Əsas tələblər:
– Dünyagörüşlü
– Film, kitab və ümumiyyətlə öyrənməklə arası əla olan
– Marketinq sahəsində ən az 1 il iş təcrübəsi
– Reklam dünyasından məlumatlı olan, trendləri izləyən
– Agentlikdə iş təcrübəsi üstünlükdür
– İqtisadi sahədə ixtisas bitirmək üstünlükdür
– Rus və ingilis dili bilikləri üstünlükdür

Qrafik: 09:00-18:00 / 5 gün
Ə/h: namizədə uyğun təyin olunacaq

Maraqlananlar [email protected] ünvanına özü haqqında yazsın. Sevdiyiniz filmlər, kitablar, boş vaxtlarınızda nələr edirsiniz, hobbiləriniz və s. CV-ni də göndərin, amma niyə sizi seçməliyik, niyə bizimlə işləmək istəyirsiniz, niyə düşünürsünüz ki, bu əməkdaşlıqdan hər iki tərəf qazana bilər? Bu suallara cavab yazın, indiyə qədər bu istiqamətdə gördüyünüz işlər varsa, mütləq onları da qeyd edin. Mən də sizə geri dönəcəm, sizin üçün 1-2 tapşırıq da hazırlamışıq. Sadəcə quru CV göndərənlərin müraciətinə baxılmayacaq. Komandamıza qoşulmaq asan olmaya bilər, amma sonrasında əminəm ki, buna dəyəcək.

Deadline: 25.03.2018

================================

2)

“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  Servis Mərkəzinin Müdiri (Gəncə)

Tələblər:

– Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır);
– İş stajı :Servis  sahəsində ən azı 2  il;
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; Rus və ingilis dili biliyi üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək analitika qabiliyyəti;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar.

Namizəd Gəncə sakini olmalıdır.

Əsas vəzifələr:

Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
Servisdə yaranan  problemlərin aradan qaldıırılmasını  təmin etmək;
Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftədə  6 iş günü, 1  gün istirahət
Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Servis Mərkəzinin müdiri  (Gəncə) Edumap.az ” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 25.03.2018