Əczaçılıq seminarı – Bugün!

0
384

Azərbaycan Elm Assosiasiyası Aprel ayının 1-də Əczaçılıq mövzusu üzrə seminar keçirəcək. Qafqaz Sport Hotel-də baş tutacaq seminarda əczaçılığın və dərman istifadəsinin müxtəlif tərəfləri, eyni zamanda əczaçılıq elmi geniş aspektdə ekspertlər tərəfindən təqdim olunacaqdır. Yalnız əczaçılar üçün deyil, həm də ümumilikdə tibb sahəsinin insanları üçün nəzərdə tutulan tədbir 3 saat davam edəcək (coffee break fasiləsi var). Təqdimatlar aşağıdakı mövzular üzrə olacaqdır;

Kamandar Yaqubov – Dərman maddələrinin kəşfi, tətbiqi və əlavə təsirləri

Elmin Quliyev – Farmakonəzarət

Emil Civişov – Antibiotik müqaviməti: Ölümcül problem

Qeydiyyat tələb edilmir.

Saat: 11:30-14:00
Məkan: Qafqaz Sport Hotel (AMAY Ticarət Mərkəzinin yanı)
Nəqliyyat: 21, 32, 46 və 175 nömrəli marşrutlar; ən yaxın metro stansiyası Xətai stansiyasıdır