Sosial işin 10 illiyi; nəticələr və perspektivlər – Tədbir

0

-Gənc Sosial İşçilər Dərnəyi hər birinizi 28 mart tarixində, saat 11:30-da Azərbaycan Turizm və Menecment Universitetində baş tutacaq “Sosial işin 10 illiyi; nəticələr və perspektivlər” adlı tədbirə dəvət edir.

-Bildiyimiz kimi Azərbaycanda sosial iş ixtisası bakalavr səviyyəsində ilk dəfə olaraq 2008-ci ildən başlayaraq tədris olunur və bu il 10-cu ilini doldurur. Sosial iş ixtisasında təhsil almış və hazırda təhsilini davam etdirən gənclər olaraq ixtisasımızın 10 illik yubileyini qeyd etməyi üzərimizə borc bilirik. Eyni zamanda mart ayı dünyada sosial iş ayı kimi qeyd olunur ki, bu da tədbirin aktual mövzularındandır.

?Tədbirin əsas mövzusu Azərbaycanda sosial işlə bağlı indiyənə kimi görülən işlər, alınan nəticələr və gələcəkdə bizi gözləyən imkanlar, planlar, bir sözlə, sosial işin gələcək perspektivləridir. Bundan əlavə tədbirdə sosial işi maraqlandıran müxtəlif mövzulara da qonaqların çıxışı sayəsində toxunulacaq. Tədbirin sonunda “coffee break” fasiləsi də olacaq.

Tədbirin qonaqları :

-Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət Mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova;

-Günərzi Qayğı Mərkəzi koordinatoru Sara Ağayeva;

-“Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” ictimai birliyinin sədri Cəmilə Abdulova;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Insan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova;

?Ünvan: Cəfər Xəndan küçəsi 46. (Azadlıq prospekti metrosu Zirvə Restoranının yanı)

Saat: 11:30

?Əlaqə nömrələri: +994773199719 (Whatsapp: +994504419255)

?E-mail: [email protected]

?Qeyd: Tədbirin keçiriləcəyi ünvana gələrkən ictimai nəqliyyatdan istifadə edəcək şəxslərin nəzərinə çatdırmaq istərdik ki, qeyd edilən avtobus marşrutlarından istifadə edə bilərsiniz.
Gənclik metrosunun Atatürk parkı çıxışından 26 və 202 nömrəli avtobuslarından istifadə edərək Zirvə restoranı dayanacağında düşərək tədbirin keçiriləcəyi məkana gələ bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin