Qrafik Dizayner və UI/UX Dizayner üzrə Təcrübə Proqramları!

0
812

Meteor komandası yaz mövsümü üçün iki sahə üzrə intern axtarışındadır. Bizə — qorxmayan, hadisələrə başqalarından fərqli baxa bilən, geniş düşünən kəslər lazımdır. Bir sözlə mühəndislik və yaradıcılığı özündə birləşdirən kəslər. Əgər siz də bu xüsusiyyətləri özünüzdə görürsünüzsə, Meteor komandasına qoşulun.

Sizdən nə gözləyirik?
— Dizaynı sevmək və onun funksiyasını dərk etmək
— Hər şeyə maraq göstərmək və hər gün öyrənmək
— İdeyalar becərmək və daha yaxşı olmaq üçün çoxlu çalışmaq

Sizə nə təklif edirik?
— Qrafik və UI/UX dizaynın əsasları
— Dizaynın əsas prinsipləri ilə peşəkar yanaşma
— Adobe Photoshop, Illustrator, InDesign və XD biliyi
— Layihələrlə işləmə bacarığı

Tələblərimiz nədir?
— İngilis və ya Rus dilində rahat oxuyub başa düşmə
— Daha çox pozitiv əhval ruhiyyədə olan
— Qrafik dizayn interni üçün rəsm bacarığı

10 həftə ərzində keçəcəyiniz internship peşəkar insanların əhatəsində, maraqlı brainstormlarla davam edəcək. Hətta görəcəyiniz iş qarşılığında aylıq pul da alacaqsınız.

Əgər tələb və təkliflər sizi qane etdisə — özünüz haqqında ətraflı məlumat yazaraq (CV lazım deyil), gördüyünüz işlərdən bizə göndərin. Və motivasiya məktubu yazın. Müraciət üçün son tarix 4 aprel.

E-mail: [email protected]