17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

0
600

5-7 aprel tarixində ölkəmizin turizm sənayesində əsas tədbir olan 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi öz işinə başlayacaq. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək və turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcəkdir. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

“AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Sərginin ənənəvi iştirakçısı – Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

“AITF” sərgisi Azərbaycanda daxili turizmin inkişafını fəal şəkildə əks etdirir və bu il də istisna olmayacaq, belə ki, hər zaman olduğu kimi, bu il ölkənin turizm potensialı yerli regionlar tərəfindən nümayiş olunacaq və “Ulduz Turizm”, “Pasha Travel” və başqa turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər otellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA) ayrıca stendlə təmsil olunacaqlar.

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AITF” ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi keçiriləcəkdir. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Beləliklə, “AITF 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

Çərşənbə, 4 Aprel
12:00 – 12:30 “AITF” 2018 sərgisinə həsr olunmuş mətbuat konfransı
*yalnız təşkilatçılar, mətbuat və spikerlər üçün
(Hyatt Regency Baku, Izmir küç. 1033)
Cümə axşamı, 5 aprel
10:00 – 11:00 Rəsmi Açılış Mərasimi
(Bakı Expo Mərkəzinin foyesində)
11:00 – 18:00 Sərginin iş saatları
12:00 – 18:00 Azerbaijan Coffee Days Workshop
SCA Azerbaijan

(Bakı Expo Mərkəzinin foyesində)
*Qəhvə sənayesinin inkişafı və Azərbaycan barista bacarıqlarının artırılması məqsədi ilə Azərbaycan ərazisində ilk böyük tədbir. Tədbir çərçivəsində qəhvə sevənlər və professionallar üçün seminarlar, Azərbaycanın qabaqcıl qəhvəxana və qəhvə şirkətlərindən kapinq nümayişi.
13:00 – 14:00 “In Travel Çex kurortlarını təqdim edir” Seminarı
(Bakı Ekspo Mərkəzi, 2-ci mərtəbə, seminar otağı №11)
15:00 – 16:00 “İtalyan Kaleydoskopu” Seminarı
İtaliya Milli Turizm Agentliyi
(Bakı Ekspo Mərkəzi, 2-ci mərtəbə, seminar otağı №11)
19:00 – 22:00 Rəsmi Axşam Ziyafəti  
(*yalnız iştirakçılar, təşkilatçılar və mətbuat üçün)
Cümə, 6 aprel
09:00 – 18:00 Sərgilərin iş saatları
10:00 – 18:00 Azerbaijan Coffee Days Workshop
SCA Azerbaijan

(Bakı Expo Mərkəzinin foyesində)
10:30 – 17:30 İkitərərfli Biznes Görüşlər
Şənbə, 7 aprel
09:00 – 18:00 Sərginin iş saatları
10:00 – 18:00 Azerbaijan Coffee Days Workshop
SCA Azerbaijan

(Bakı Expo Mərkəzinin foyesində)
12:00 – 16:00 “Səyahət Əhvalı” Festivalı
(Bakı Expo Mərkəzinin foyesində)
Sərginin ən böyük mədəniyyət tədbiri – sərgiyə qatılan ölkə və region iştirakçılarının öz mədəniyyətlərini müxtəlif çıxışlarla nümayiş etdirəcəkləri platforma
17:00 – 18:00 “Foyedə Son Saat” Görüşü
(*yalnız sərgi iştirakçıları və təşkilatçılar üçün)
Sərginin iş saatları  ↑ 

 

5 aprel, Cümə axşamı 11:00 – 18:00
6 aprel, Cümə 10:00 – 18:00
7 aprel, Şənbə 10:00 – 18:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer  ↑ 

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “Koroğlu” metro stansiyasından – N 136, 160, 171

 

 

Ziyarət qaydaları  ↑ 

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • 5-7 aprel tarixində sərgiyə giriş yalnız sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq.
  • Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 7 aprel tarixində ziyarət edə bilərlər.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları “FAST TRACK” masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin 

GİRİŞ ÖDƏNİŞSİZDİR!