Ödənişsiz Yunan Dili Dərsləri

0

Yunan dili ilə maraqlananan tələbələrin diqqətinə !

Gtd School Tədris Mərkəzinin növbəti təşəbbüsü ilə sizlər üçün “Ödənişsiz Yunan Dili Dərsləri” təlimini təqdim edirik.

➡ Dərslərdən nələr əldə edəcəksiniz?

– 12 saatdan çox real nəzəri və praktik Yunan dili
– Xüsusi metodika ilə Yunan hərflərinin öyrənilməsi
– Yunanca yazı qabiliyyətinə başlanğıc
– Yunanca söz bazası
– Səmimi bir ortam
– Yeni dostluqlar və tanışlıqlar

Təlimçi: Salima Qasimova

Salima Qasımova, 2010-ci ildə Türkiyənin Ədirnə şəhərində yerləşən Frakiya Universitetinin “Balkan dilləri və Ədəbiyyatları” fakültəsinin müasir yunan dili və ədəbiyyatı ixtisasına daxil olmuş və 2015-ci ildə bitirmişdir.

2012-ci ildə Yunanıstan Respublikasının Loanina şəhərinin Loanina Universitetində
“Yunan dili və Mədəniyyətinin tədrisi” üzrə təcrübə keçmişdir.

2013-cü ildə Ədirne bələdiyyəsinin xətti ilə Xarici İşlər Nazirliyində yunan-türk dillərinin tərcüməsi üzrə təcrübə keçmişdir.

2015-ci ildə Çanakkale şəhərinin Bozcaada Bələdiyyəsinim xətti ilə Xalq Tədris Mərkəzində yunan dilinin tədrisi üzrə könüllü olaraq müəllimə kimi çalışmışdır.

2016-cı ildən 2017-ci ilədək Yunanıstan Respublikasında təsis edilmiş Yunan-Azərbaycan Gəncləri Mərkəzinin (HAYC) Beynəlxalq əlaqələr üzrə nümayəndə heyətinin təmsilçisi qismində fəaliyyət göstərmişdir.

➡ TƏLİMİN DETALLARI

Başlama tarixi: 09.04.2018
Son qeydiyyyat tarixi 07.04.2018
Təlimin müddəti: 8 saat, həftədə 2 gün, 4 həftə

Təlimdə iştirak üçün aşağıdakı linkdəki qeydiyyat formunu doldurmağınız xahiş olunur:
https://goo.gl/forms/r9fd9BBq1deJLXWj2

Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməniz tövsiyə olunur! Təlimə seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq, dərslər və cədvəllər haqqında məlumatlandırılacaqlar.

?Ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:
+994 124656105
+994 552037130
+994 552037139
[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin