Qərarsızlıq (Həyatımızdakı Xaos) – Seminar

0
468

Hər birimiz həyatımızın müəyyən dövrlərində qərarsızlıqla üz-üzə qalırıq. Bir mövzuda qərar verə bilməmə və ya seçimlər arasında seçim etməyi bacarmamaq bəzən bizi çətin vəziyyətə salır. Lakin bir davranışın həqiqətən də qərarsızlıq olub-olmadığını bilmək üçün əvvəlcə o davranışın təməlində yatan əsas səbəbləri bilmək lazımdır. Bəzən qərarsızlıq dediyimiz davranış tənbəllik, vecsizlik ya da motivasiyasızlıqdan qaynaqlana bilər. Əsl qərarsızlığın isə başlıca səbəblərindən biri özgüvən əksikliyi olur.
Qərarsızlıq həyatımızda bəzən böyük bir xaosa yol aça bilir. Bəs, qərarsızlıq normal bir haldır, yoxsa ruhi bir pozuntumu?
Bütün suallarınıza cavabı “Həyatımızdakı Xaos” seminarından əldə edə bilərsiniz.

Seminarda öyrənəcəkləriniz:
– Qərarsızlıq nədir?
– Qərarsızlığın ən çox bilinən səbəbləri;
– Qərarsızlıq gücsüzlükdürmü?
– Qərarsız biri ilə rastlaşanda nə etmək lazımdır?
– Xroniki qərarsızlıq;
– Qərar verə bilməməyin sonu;

Qeydiyyat üçün aşağıdakı formu doldurub sonra ofisə yaxınlaşa bilərsiniz:
https://goo.gl/forms/iqd7hmFfXrGyF4Nt2

Seminar ödənişsizdir.

30 mart – Cümə günü
17:00-20:00
Seminarın keçiriləcəyi ünvan : Caspian Business Center

Əlaqə:
C. Cabbarlı küç. 40 / Caspian Business Center, 4-cü mərtəbə / Bakı, Azərbaycan

E-mail: [email protected]
Tel.: (+99412) 492 08 05
Mob.: (+99450) 247 06 10