Autizm Maarifləndirmə günü – Seminar Bugün!

0

Əziz valideynlər! ARES Academy sizi 2 aprel Ümumdünya Autizm günü ilə əlaqədar olaraq “Autizm Maarifləndirmə Günü” ənənəvi maarifləndirici praktik seminarına dəvət edir. Seminar 01.03.2018 (bazar günü) tarixində Capian Business Center-də saat 15:00-da baş tutacaqdır.

Artıq çoxdandır ki, haqqında çox danışılan uşaq psixi inkişaf pozuntuları içərisində AUTİZM fərqlənir. Onun barəsində çox yazılır, internetdə həddən artıq video, foto və yazı materialları paylaşılır. Digər tərəfdə isə valideynlər bu diaqnozu ilk dəfə eşitdikdə nə edəcəklərini bilmirlər. İnformasiyalar içərisində itib qalırlar. Düzgün yolu əvvəldən bilməyən valideyn uşağı ilə yanlış həkimlər, yanlış psixoloji mərkəzlər, yanlış mütəxəsislər, yanlış münasibətlər içərisində ikincili psixoloji travma aldıqlarının fərqində olmurlar. Hələ biz autizm adı ilə paraautizmin korreksiyasından danışmırıq. Yanlış adlar, yanlış diaqnozlar yanlış metodikalarını tətbiqini ortaya çıxarır. Nəticədə isə uşaqla iş səhv yöndə olur. Valideynlər isə bunun fərqində deyillər. Çünki övlad sevgisi onları istənilən utopiyaya yönəldir.

Bu dəfə biz sizə fərqli alternativ, əyani, gözlə görəcəyiniz, praktik olaraq yoxlaya biləcəyiniz bir imkan təqdim edirik! Təlimçi uzunmüddətli yoxlanılmış iş təcrübəsindən çıxış edərək sizin ilə aşağıdakı mövzularda müzakirə aparacaq. Seminar 3 mərhələdən ibarət olacaq: NƏZƏRİ, PRAKTİK VƏ BİR KONKRET UŞAQLA TERAPEVTİK İŞ

Nəzəri
– Autizmin ehtimal edilən yaranma səbəbləri;
– Autizmin elmə gətirilməsi, tarixi yolu barədə;
– Paraautizm (yalançı psixogen mənşəli autizm);
– Autizmi necə təyin edirlər;
– Əlaqəli pozuntular;
– Uğurlu müdaxilə metodikaları.

Praktik
– ABA (Tətbiqi Davranış Terapiyası) nın baza prinsipləri
– Valideynlərlə birgə aparılan terapiyanın prinsipləri
– Uşaqla terapevtik iş

Təlimçi Kamil Həmidov haqqında:
– psixoloq;
– uşaq inkişafı üzrə təlimçi;
– Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrasının əməkdaşı;
– “Müasir Psixologiya Mərkəzi”nin psixoloqu
– “Harmoniya” Gənclərin Psixoloji Maarifləndirmə Mərkəzi İctimai Birliyinin sədri.

Xahiş edirik gəlməmişdən əvvəl zəng edərək qeydiyyatdan keçəsiniz. Uşağınızla gəlmək istəyirsizsə mütləq əvvəlcədən ARES Academy ilə razılaşdırın. Əks halda iştirak edə bilməyəcəksiniz.

Son qeydiyyat tarixi: 30 mart
Seminar ödənişsizdir.

İştirak etmək üçün aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçin:
https://goo.gl/forms/UkYW5AIqOwGdpH0s1

Ünvan:
C. Cabbarlı küç. 40 / Caspian Business Center, 4-cü mərtəbə / Bakı, Azərbaycan

Əlaqə:
Web: www.ares.az
E-mail: [email protected]
Tel.: (+99412) 492 08 05
Mob.: (+99450) 247 06 10

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin