Bloqerlik peşədir və ona yiyələnmək lazımdır – Təlim Bugün!

0

Qəbul etdiyimiz çoxsaylı müraciətlər bizi bir daha əmin etdi ki, gənclərin digital sahəyə, xüsusən də bloqerlik sahəsinə marağı böyük, ancaq bilik və təcrübəsi azdır. Blogstar olaraq bloqerlik sahəsində boşluğu aradan qaldırmaq üçün təşkil etdiyimiz tədbirlər siyahısına 1aprel daha birisi əlavə olunacaq.

Bu dəfə təlimçimiz Sosial Media Marketinq mütəxəxssisi və bloqer Mehriban Həsənovanın başçılığı ilə “Bloqerlik peşədir və ona yiyələnmək lazımdır” mövsuzunda təlim keçiriləcək.

Təlim iştirakçıları aşağıdakı mövzularda Mehriban Həsənova tərəfdən həm praktik, həm də nəzəri biliklərlə zənginləşəcək:

1) Auditoriyanın cəlb edilməsi və qorunub saxlanılması;
2) Auditoriya ilə düzgün ünsiyyətin qurulması;
3) Bloqerlərin etdiyi səhvlər;
4) Sosial şəbəkələrdən pul qazanmağın yolları.
5) “Hater”-lərlə mübarizə qaydaları
6) Krizis menecment

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçməyiniz mütləqdir: blogstar.az/pages/seminars
Yerlər məhdud olduğundan seçilmiş şəxslərlə 31 mart tarixində əlaqə saxlanılacaq.
Zaman: 1 aprel, 11:00
Məkan: Start co-working ( Caspian Plaza 10-cu mərtəbə)