Veysəloğlu Şirkətlər Qrupu 6 vəzifə üzrə vakansiya elan edir

0
688

1. Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı)

Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Təhsil: Texniki sahədə ali təhsil üstünlükdür

İxtisas Bilikləri və Bacarıqlar:

Fabrik və bənzəri sahədə avadanlıqlar üzrə biliklər üstünlükdür
Məsuliyyətli və stressə davamlı olmalı

Kompyuter Bilikləri: MS Office proqramları

VƏZİFƏ FUNKSİYALARI:

Müxtəlif avadanlıqların (fabrikdə olan qurğular və s.) şirkətdən kənarda təmir etdirilməsi
Təmir üçün uyğun yerlərin araşdırılması, uyğun qiymət təkliflərinin əldə edilməsi
Mütəmadi olaraq rəhbərliyə qiymət təklifləri və görülən işlər barədə hesabat verilməsi

Yaş həddi: 24 – 45 yaş

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Avadanlıqların təmiri üzrə mütəxəssis (təchizatçı)” qeyd edilməsi xahiş olunur.


2. Stok nəzarətçi (Inventory controller)

Təcrübə müddəti: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

Stoka nəzarət edilməsi üzrə bilik və təcrübə
Planlama üzrə bilik və təcrübə
Yaxşı riyazi biliklər
Analitik düşünmə

Kompyuter Bilikləri: MS Excel proqramından sərbəst istifadə

VƏZİFƏ FUNKSİYALARI:

Şirkətin müxtəlif anbarlarının stokunun bir mərkəzdən idarə edilməsi
Mərkəzi stok idarəetmə üçün təkliflərin hazırlanaraq rəhbərliyə verilməsi
Müvafiq strukturlarla birgə işləyərək ehtiyac duyulan vəsaitlərin müəyyən edilməsi
Tələb edilən vəsaitlər üçün proqnozların hazırlanması, sifarişlərin verilməsi

İş qrafiki: 5 günlük

Yaş həddi: 23 –  40 yaş

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Stok nəzarətçi” qeyd edilməsi xahiş olunur.


3. Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı)

Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Təhsil: Orta (Ali təhsilə üstünlük verilir)

İxtisas Bilikləri və Bacarıqlar:

Avtomobil ehtiyat hissələri üzrə biliklər
Avtomobil ehtiyat hissələrinin Satışı və ya Təchizatında iş təcrübəsi üstünlükdür
İngilis dili biliyi üstünlükdür
Excel biliyi
Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)

Kompyuter Bilikləri: MS Office proqramları (Excel biliyi)

VƏZİFƏ FUNKSİYALARI:

Avtomobil ehtiyat hissələrinin təmir yerlərinin qiymət araşdırması, təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi
Şirkətin müxtəlif tipli avtomobillərinin ehtiyat hissələrinin təmir etdirilməsi
Vəzifə üzrə rəhbərliyin tapşırdığı digər işlərin icra edilməsi

İş qrafiki: 5 günlük

Yaş həddi: 24 – 45

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Avtomobil ehtiyat hissələrinin təmiri üzrə mütəxəssis (təchizatçı)” qeyd edilməsi xahiş olunur.


4. Təchizat şöbəsinin müdiri

Təcrübə müddəti: Müvafiq vəzifə üzrə 3 il iş təcrübəsi

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

İdarəetmə bacarığı
Rus və ingilis dili bilikləri üstünlükdür
Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması
Təzyiq altında işləmək bacarığının olması

Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə

VƏZİFƏ FUNKSİYALARI:

Baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
Təchizatçı firmalarla danışıqlar aparmaq
Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq
Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək

İş qrafiki: 5 günlük

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Təchizat şöbəsinin müdiri” qeyd edilməsi xahiş olunur.


5. Daşınmaz əmlak üzrə Mütəxəssis

İş təcrübəsi: Satış sahəsində iş təcrübəsi üstünlükdür (Ekspeditor və s.)

Təhsil: Orta və ya Ali

İxtisas Bilikləri və Bacarıqlar: Tələblər:

Fəal olmalı
Şəxsi maşını və sürücülük vəsiqəsi olmalı
Şəhəri yaxşı tanımalı
Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)

Kompyuter Bilikləri: MS Office proqramları biliyi

VƏZİFƏ FUNKSİYALARI:

Şəxsi avtomobil ilə şəhərin müəyyən bölgəsində yeni açılacaq marketlər üçün əmlakların tapılması
Əmlaklar haqqında məlumatların əldə edilməsi
Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi

İş qrafiki: 6 günlük

Yaş həddi: 24 – 40

Əmək haqqı və digər Sabit əmək haqqı + bonus; Nahar şirkət tərəfindən verilir

İş yeri: “Bakı, Qərb, Şimal və Cənub rayonları üzrə vakansiyalar aktivdir. Vakansiyanın tələblərinə cavab verən və
Rayonlarda yaşayan namizədlər də öz rayonları üzrə müraciət edə bilərlər.”

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Daşınmaz əmlak üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.


6. Anbar Operatoru

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

Anbar üzrə iş təcrübəsi üstünlükdür
Məsuliyyətli, punktual və təzyiq altında işləməyi bacaran olmalı

Kompyuter Bilikləri: MS Excel biliyi; Logo və ya Unity proqram biliyi üstünlükdür

VƏZİFƏ FUNKSİYALARI:

Qaimələr üzrə mədaxil və məxaric
Sifarişlərin izlənilməsi, qaimələr üzrə sistemə daxil edilməsi

İş qrafiki: 5 günlük (6-cı gün növbəli) / 09:00-18:00

Digər: Nahar şirkət tərəfindən verilir

Yaş həddi: 23 – 30

İş yeri: Zabrat

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Anbar operatoru” qeyd edilməsi xahiş olunur.