PNÖ İmmunologiya – Təlim

0
Hörmətli tibb tələbləri,
Azərbaycan Həkimlər və Təbib Tələbələr Birliyinin təşkil etdiyi növbəti Problem Nümunəsində Öyrənmə layihəsi ilə yenidən qarşınızdayıq. Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 7 Aprel 2018-ci il tarixində, saat 14:00-da baş tutacaq. Xəstənin şikayətlərini dəyərlədirmək, protokola uyğun anamnez toplamaq, bizimlə birlikdə diaqnozu təyin etmək, ən əsası öyrəndiklərinizi praktikada yoxlamaq istəyirsinizsə qeydiyyatdan keçə bilərsiniz.
Tədbir interaktiv tədbirdir və iştirak online qeydiyyatladır. Qeydiyyat üçün ad və soyadınızı, fakultənizi, kursunuzu qeyd edərək
[email protected] ünvanına göndərməyiniz kifayətdir.

Qeyd edək ki, Azərbaycan Həkimlər və Təbib Tələbələr Birliyi (qısa formada AzerMDS) 1991-ci ildə yaradılıb və 2005-ci ildən Beynəlxalq Tibb Tələbəri Assosiasiyası Federasiyasının (IFMSA)
üzvüdür. IFMSA 1951-ci ildə yaradılıb və ən qədim və ən çox izləyici kütləsinə malik olan, 127 ölkədən 1,3 milyon tibb tələbəsini birləşdirən tibb tələbələri birliyidir.