Əczaçılıq seminarı keçirilmişdir

0
408

Azərbaycan Elm Assosiasiyası Aprel ayının 1-də Əczaçılıq mövzusu üzrə seminar keçirmişdir.

Qafqaz Sport Hotel-də baş tutmuş seminarda əczaçılığın və dərman istifadəsinin müxtəlif tərəfləri, eyni zamanda əczaçılıq elmi geniş aspektdə ekspertlər tərəfindən təqdim olunmuşdur. Yalnız əczaçılar üçün deyil, həm də ümumilikdə tibb sahəsinin insanları üçün nəzərdə tutulan tədbirdə 140-dan çox tələbə və ekspert iştirak etmişdir. Qeyd edək ki, növbəti elmi seminarın May ayında keçirilməsi planlaşdırılır.