“21 MAY DİALOQ və İNKİŞAF NAMİNƏ ÜMUMDÜNYA MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ” – Rəsm müsabiqəsi

0
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası,
“Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzi “”Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən “Bakı
prosesi”nin 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində tələbələr və gənc rəssamlar arasında təsviri
sənət üzrə “21 MAY DİALOQ və İNKİŞAF NAMİNƏ ÜMUMDÜNYA MƏDƏNİ MÜXTƏLİFLİK
GÜNÜ” mövzusunda rəsm müsabiqəsini elan edir.
Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü (World Day for Cultural Diversity
for Dialogue and Development) ilk dəfə 2003-cü il mayın 21-də ilk dəfə qeyd olunub. Mədəni müxtəliflik
həyatımızı sivil yollarla zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun
inkişafına imkan yaradır. Bü gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin
saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında
qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.
Mədəni müxtəlifliyi bayram etməklə yanaşı, həmçinin onun böyük bir təhlükə altında olduğunu da
vurğulamaq önəmlidir. Bütün dünyada zorakı ekstremistlər mədəni azlıqları hədəf seçərək, insanlarla
onların tarixləri arasındakı əlaqəni zəiflətmək üçün ortaq mədəni mirası məhv etməyə çalışırlar. Digər
tərəfdən, nəzarətsiz şəhərsalma mədəni müxtəlifliyi məhv edərək şəhərləri etalonlaşdırma təhlükəsi altında
Müasir dünyada mədəni müxtəlifliyin belə təhlükə qarşısında qaldığı bir dönəmdə – 2008-ci
ildə “Bakı prosesi” Azərbaycan Respublikası Prezidentinin
və sivilizasiyalar arasında
səmərəli
sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində
tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması
dayanır.
Müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği,
çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınmasını işinə
töhfə verilməsi, Azərbaycan dövlətinin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə
dəstəyinin təşviqi, həmçinin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi,
yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması,
yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara marağının daha da artırılması məqsədilə
keçirilir.
Müsabiqəyə qatılmaq istəyən və yaşı 18-29 arasında olan iştirakçı yaratdığı tablonun fotosu ilə
1 Ad və soyad,
2 təvəllüd,
3 əlaqə nömrəsi
4 əsər(lər)in adı,
5 ölçüsü və texnikası barədə məlumatı 2018-cı il may ayının 10-dək Xətai Sənət Mərkəzinin aşağıdakı
ünvanlarından birinə göndərməlidir.
1 facebook:Bakı Xetai Senet Merkezi (https://www.facebook.com/xsm.art.az/)
2 Whatsapp: 00994513107401
3 Instagram: xetaisenetmerkezi
5 Az1025. Bakı şəhəri, Xocalı pr 62
Birinci turdan kecmiş əsərlər sərgilənmək ücün Xətai Sənət Mərkəzinə dəvət alacaq və
müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır.
Qaliblər üç əsas mükafat (I yer – 300 AZN, II yer – 200 AZN, III yer – 100 AZN), eləcə də fəxri
fərmanla mükafatlandırılacaq, eyni zamanda “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi
haqqında ətraflı yazı dərc olunacaqdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin