Şəki şəhərində yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək

0

DİM 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edəcək.

Dövlət İmtahan Mərkəzi Şəki şəhərində 2018-ci il 7-8 aprel tarixlərində DİM-in Şəki Regional Bölməsində (M.Rəsulzadə prospekti 182) Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edir.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər və metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar iştirak edə bilərlər.

Tеl: (+99 412) 502-47-53 

http://dim.gov.az