SOCAR-da 40 aktiv VAKANSİYA!

0
927

SOCAR 40 aktiv vakansiya üzrə işə qəbul müsabiqəsi elan olunmuşdur.

 

Vakansiya tələbləri ilə tanış olduqdan sonra müraciət etməyinizi tövsiyə edirik.

Daha ətraflı məlumat üçün bura daxil olun:

VAKANSİYALAR

SOCAR-da işə qəbul prosesinin müsahibə mərhələsi haqqında

SOCAR-da müsahibə işə qəbul müsabiqəsinin sonuncu mərhələsi (test imtahanından sonra) olub “panel müsahibəsi” formatında aparılır.Bu mərhələdə namizədlərin müvafiq vakansiyaya uyğun olan bilik, bacarıq və qabiliyyətləri, eyni zamanda şirkətin korporativ ruhuna və işin xususiyyətinə uyğun olan fərdi keyfiyyətləri yoxlanılır. Namizədin sahə üzrə bilikləri nəzəri, situativ və praktiki suallar vasitəsilə aşkar edilir. Namizədin fərdi keyfiyyətləri davranış sualları vasitəsilə müəyyən edilir. Davranış sualları vasitəsilə namizədin işə və şirkətin korporativ ruhuna uyğun olan fərdi keyfiyyətləri, məsələn “ünsiyyət qurma bacarığı”, “qərar qəbul etmə bacarığı”, “problemləri həll etmə bacarığı” və s.aşkar olunur.

● SOCAR-ın İnsan Resursları Departamenti işə qəbul müsahibəsindən uğurla keçmək üçün aşağıdakıları sizə tövsiyə edir.

➣ İddia etdiyiniz (İşə qəbul olunmaq istədiyiniz) vakansiyaya müraciət etməzdən əvvəl (elektron müraciət formasını doldurmazdan əvvəl) Vakansiyanın Təsviri Formasını diqqətlə oxuyub tələblərlə tanış olun.

➣ SOCAR və onun müraciət etdiyiniz müəssisə və ya təşkilatı, onun təyinatı, yerinə yetirdiyi işlər, layihələr haqqında geniş məlumat toplayın.

➣ Şəxsi keyfiyyətlərin və davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsinə əsaslanan müsahibə formatı haqqında internet araşdırması aparın.

➣ Öz bilik və bacarıqlarınızla bağlı realist olun. İddialı olmaqdan qorxmayın. Əldə edə biləcəkləriniz, hədəfləriniz və özünüzü bir neçə il sonra harda görmək istədiyiniz haqqında düşünün.

➣ Geyiminizə diqqət yetirin. Professional görkəm haqqınızda müsbət ilkin təəssürat formalaşdırır.