2018 K-POP World Festival

0
287

‘Bakı K-pop Festivalı 2018’Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə 28 aprel 2018-ci il, saat 14:00–da Bakı Musiqi Akademiyasının ‘Opera’ zalında Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil ediləcəkdir.Festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məhşur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək, qonaqlar arasından seçim edilərək hədiyyələr təqdim olunacaqdır. Festivalda çıxış və qonaq qismində iştirak ödənişsizdir.

‘Bakı K-pop Festivalı’ artıq 4-cü ildirki Azərbaycanda keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər öz rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparmışlar.
Qeyd edək ki, ‘Bakı K-pop Festivalı 2018’Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və ‘Hansamo Azərbaycan’-ın dəstək və koordinatorluğu ilə keçirilir. ‘Hansamo Azərbaycan’ (sədri Nuray Kərimova) mərkəzi Bakı olmaqla 2 mindən artıq üzvdən ibarət Koreya dalğasını sevənlər birliyidir.

Festivalda iştirak etmək üçün Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə email ilə müraciət edə bilərsiniz. Müraciət etmiş quruplardanyalnız 10-u‘Bakı K-pop Festivalı 2018’-dəiştirak haqqı qazanacaqdır. Festivalda 1-ci yerə sahib olan iki qrupa (rəqs və mahnı üzrə ayrı-ayrı) Koreyanın Çanqvon şəhərində keçiriləcək ‘Dünya K-pop Festivalı 2018’-də iştirak haqqı veriləcəkdir. Eyni zamanda qalib iki qurupa, min manat məbləğində pul mükafatı, ikinci yerin sahibi olacaq iki qurupa isə beş yüz manat məbləğində (hər birinə) pul mükafatı təqdim olunacaqdır. Festivalda iştirak edən bütün quruplara xatirə hədiyyələri təqdim olunacaqdır.

Festivalda K-pop və Koreyanı sevən bütün azərbaycanlılar iştirak edə bilərlər. İştirak etmək üçün 29mart-9 aprel tarixləri ərzində iştirak üçün ərizə forması ilə birlikdə (http://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761273) ifa etdiyiniz mahnı və rəqs videolarını email ilə‘[email protected]’ ünvanına göndərə bilər və ya doldurulmuş ərizə forması və cd-yə yazılmış videounzla birlikdə səfirliyə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.

‘Bakı K-pop Festivalı 2018’-in biletlərini isə 16 apreldən etibarən Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və ‘Hansamo Azərbaycan’-a müraciət edərək pulsuz əldə edə bilərsiniz.

Festival haqqında əlavə məlumat almaq üçün:

1.Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
http://aze.mofa.go.kr/

Ərizə formasını yükləmək üçün :
http://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761273&srchFr&srchTo&srchWord&srchTp&multi_itm_seq=0&itm_seq_1=0&itm_seq_2=0&company_cd&company_nm&page=1

Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin rəsmi facebook hesabı:
https://www.facebook.com/koreanembassyazerbaijan

2. HANSAMO AZƏRBAYCAN
https://www.facebook.com/groups/278951848799002/

https://www.instagram.com/koreyaseverler/