Gəncə və ətraf regionlarda ən son 10 vakansiya

0
1511

1. Expressbank
Vəzifə: Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis /böyük mütəxəssis (Gəncə, Bərdə, Mingəçevir)
Tələblər:
– Ali iqtisadi təhsil;
– Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
– Əraziyə uyğun olaraq Biznes və mikro kredit üzrə müştəriləri cəlb etmək;
– Məhsul üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq;
Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adı – Şəhər qeyd etməklə göndərə bilərlər.

2. Expressbank
Vəzifə: Mikro kreditlər üzrə – təcrübəçi (Gəncə, Bərdə, Mingəçevir)
Qeyd : Təcrübəçiyə ödəniş edilir.
Tələblər:
– Ali təhsil (iqtisadiyyat sahəsi arzu olunandır);
– Yaş həddi – 25 yaş;
Vəzifə öhdəlikləri:
– Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;
Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adı – Şəhər qeyd etməklə göndərə bilərlər.

3. AFB Bank
Vəzifə: Mikro kredit üzrə müştəri təmsilçisi
TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı (İngilis dili bilənlərə üstünlük verilir);
İŞİN TƏSVİRİ:
• Yeni xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
• Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi üçün məhsulların satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək;
• Xırda sahibkarlıq layihələrinin maliyyələşdirilməsi və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Gəncə filialı – Mikro kredit üzrə müştəri təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

4. Unibank
Vəzifə : Məhkəmə qərarlarının icrası üzrə Hüquqşünas
Başlıca öhdəliklər və məsuliyyətlər
• Bankı Məhkəmə qərarlarının icrası şöbələrində təmsil etmək.
• Məhkəmə qərarı çıxmış işlər üzrə borclulardan bankın xeyrinə qət edilmiş məbləğin alınması ilə bağlı lazımi işlərin görülməsi.
• Sənədlərin tərtibi, təhlili və ekspertizası.
Namizədin Profili

• Ali hüquqi təhsil ;
• Yaş həddi 22-35;
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl səviyyədə biliklər;
• Məhkəmələrlə iş sahəsində təcrübəyə malik olanlara üstünlük verilir;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində (Hüquqşünas (Gəncə) göstərməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

5. Kapital bank
Promouter (Gəncə Mall üzrə)

Tələblər
Ali təhsil
Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi

Öhdəliklər
-Stendə yaxınlaşan müştərilərə Bankın məhsulları haqqında məlumat vermək
– Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
– Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi və s.

CV-lərinizi mövzu hissəsində “Promouter (Gəncə Mall)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

6. Optimal Electronics
Servis mərkəzinin inzibatçısı
Tələblər:
– Təhsil : Ali (Texniki və ya mühəndislik sahəsində olmalıdır);
– İş stajı :Servis sahəsində ən azı 2 il;
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel)
Vəzifələr:
• Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
• Servisdə yaranan problemlərin aradan qaldıırılmasını təmin etmək;
• Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
• Ehtiyat hissələri, materiallar üzrə sifarişləri tərtib etmək və onların düzgün istifadəsinə nəzarəti həyata keçirmək;
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək
Maraqlananlar CV-lərini mövzu yerinə “Servis mərkəzinin inzibatçısı– Gəncə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

7. Optimal Electronics
Merçendayzer
Tələblər:
• Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir.
• Merçendayzer kimi təcrübəsi olmalıdır.
Vəzifələr:
– Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək
– Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək
– Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı Satış Şöbəsinin rəhbərinə bildirmək
– Malların təyin edilmiş plan üzrə ticari görünüşünü yoxlamaq
– Mağazanın ümumi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək
Maraqlananlar CV-lərini mövzu yerinə “Merçendayzer – Gəncə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

8. “Aqro-Vest DC” MMC
Sürücü
Tələblər:
Sürücülük vəsiqəsi – BC
Yaş həddi – 25-45
İş təcrübəsi: Bu sahədə ən az 3-5 il təcrübə
Avtomobilin sadə nasazlıqlarından anlayışı olmalı
Vəzifələr:
-Şirkət tərəfindən verilmiş nəqliyyatı təhlükəsiz qaydada istismar etmək
– Nəqliyyatda olan malların salamatlığını təmin emək və müvafiq müştərilərə çatdırmaq.
Müraciət üçün CV-ləri elektron formada mövzu yerinə “Sürücü – Gəncə” yazaraq [email protected] email ünvanına göndərə bilərsiz.

9. Araz Marketlər Şəbəkəsi
Daşınmaz əmlak üzrə mütəxəssis
Tələblər:
-Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)
-Satış sahəsində iş təcrübəsi üstünlükdür (Ekspeditor və s.)
Vəzifələr:
-Şəxsi avtomobil ilə şəhərin müəyyən bölgəsində yeni açılacaq marketlər üçün əmlakların tapılması
-Əmlaklar haqqında məlumatların əldə edilməsi
-Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi

Namizədlər cv-lərini mövzu hissəsində “Daşınmaz əmlak üzrə mütəxəssis – Qərb regionu” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər

10. Mutfakçı Mobilya
Satış Meneceri (Yevlax, Mingəçevir)
Tələblər:
• İqtisadiyyat sahəsində ali təhsil;
• Satış sahəsində, minimum 2 il iş təcrübəsi;
• Təcrübəli kompyuter istifadəçisi, 1C və Ofis proqramlarını yaxşı bilmək;
Vəzifələr:
• Satış hədəfinin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirmək
• Komandada, ümumi hesabatçılıq sisteminə uyğun olaraq çalışmaq
• Məhsul siyasətinin optimallaşdırılması istiqamətində təkliflər vermək
• Əsas müştərilərlə iş, onlarla bir-başa münasibətlər
• Reqionlarda ezamiyyətlər.
Yuxarıda olan tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmıyiniz xahiş olunur. Telefon: 055 5051112