Vakansiya: Marketing Intern
İşin təsviri:
– Marketinq əməliyyatlarında komandaya dəstək
– Video çəkilişlərdə dəstək
– Kontent araşdırması
Həftəyə 20 saatlıq iş rejimi
Görmək istədiyimiz bilik və təcrübə:
– Texnoloji yeniliklərdən xəbərdar olmaq
– Universitetdən yeni məzun olmuş və ya tələbə
– Azərbaycan dilini əla, ingilis dilində minimum orta səviyyədə bilmək
– Peşəkar e-mail yaza bilmək
Axtardığımız qabiliyyətlər:
– Öyrənməyə yüksək həvəs
– Məsuliyyətlilik
– Ünsiyyətcillik
Vəd etdiklərimiz
– Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
– Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
– Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
Təcrübə proqramı ödənişlidir. (Ödəniş təcrübə keçən şəxsə ödəniləcək)
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər bu keçiddən müraciət etsinlər: https://goo.gl/forms/MIjt6t2cyDL6twUB2
Son müraciət tarixi: 7 aprel, 2018